AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda müxalifətin mitinqi başa çatıb  - Yenilənib

  • + A
  • - A
  • 3-03-2021, 21:40


    Hazırda Ermənistan parlament binasının qarşısında müxalifətin etiraz aksiyası keçirilir. Baş nazir Nikol Paşinyanın bir azdan parlament binasına gələcəyi gözlənilir.

    “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, polis parlamentin həyətində işıq-səs bombası, parlament binasında isə snayperlər yerləşdirib. Quraşdırılan qumbaralar “Plamya-2” stasionar işıq və səs bombalarına bənzəyir.

    Bildirilib ki, sözügedən qumbaralar cinayətkara psixofizioloji təsir göstərmək, silahlı cinayətkarları tutmaq və iğtişaşları yatırmaq üçün xüsusi əməliyyatlarda istifadə olunur. Qumbara tamamilə odsuz və qəlpəsizdir.

    ***

    Yerevanda Baqramyan prospektində parlament binası qarşısında müxalifətin Baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyası başa çatıb. Mitinq insidentsiz başa çatıb. Təşkilatçılardan biri Qegam Manukyanın sözlərinə görə, müxalifətin növbəti aksiyası martın 6-da keçiriləcək.

    Qeyd edək ki, bugünkü mitinqdə qeyri-rəsmi məlumatlara görə, 7 minədək insan iştirak edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR