Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan yenidən tənqidlərə tuş gəlib.
Azadmedia.az xəbər verir ki, Aşot tez-tez dostları ilə kef məclisi qurduğu “Kaskad” restoranında görünüb. Müştərilərdən biri onun biabırçı görüntüsünü çəkərək sosial şəbəkələrdə paylaşıb.
Ermənilər Aşotun vulqar geyimini tənqid edərək, onun tüfeyli həyat tərzi keçirdiyini bildiriblər.
Xatırladaq ki, bir müddət əvvəl də baş nazirin oğlunun sözügedən restoranda gizli çəkilən fotoları yayılmışdı. O zaman ermənilər ölkədə artan narazılıq və iqtisadi böhran fonunda Aşotun gənclərlə nümayişkaranə şəkildə kef məclisi qurmasına etiraz etmişdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.