Kral II Abdullah ölkənin Səhiyyə Nazirliyinin rəhbərliyini istefaya göndərib
İordaniya paytaxtının yaxınlığındakı xəstəxanada oksigen çatışmazlığı səbəbindən COVID-19-dan müalicə olunan 7 pasiyentin vəfat etməsi etirazlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, PETRA informasiya agentliyi Kral II Abdullahın xəstəxanaya gedərək dünyasını dəyişən xəstələrin yaxınları ilə görüşməsi və baş həkimi tənbeh etməsi barədə material yayıb. Monarx buradaca ölkənin səhiyyə naziri Nazir Obeydat və iki müavininin vəzifələrindən azad edildiklərini bəyan edib. Səhiyyə Nazirliyini müvəqqəti idarə etmək daxili işlər naziri Mazin Fərayaya tapşırılıb.
İnsidentlə bağlı xəstəxananın öz vəzifələrinə məsuliyyətsiz yanaşan 7 həkimi və tibb personalı həbs edilib.