AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Rusiyalı hakerlər ABŞ XİN-ə aid elektron məktubları oğurlayıb” - “Politico”

  • + A
  • - A
  • 31-03-2021, 21:40

    “Rusiyalı hakerlər ABŞ XİN-ə aid elektron məktubları oğurlayıb” - “Politico”

    Rusiyalı olmasından şübhələnilən bir qrup haker keçən il ABŞ Xarici İşlər Nazirliyi əməkdaşlarına aid minlərlə elektron poçta daxil olub.

    AzadMedia.az
    xəbər verir ki, bu iddia ilə “Politico” nəşri çıxış edib.

    “Politico” xəbərin Konqresdən əldə edildiyini irəli sürüb. Bildirilib ki, rusiyalı hakerlər ABŞ Xarici İşlər Nazirliyi Avropa və Asiya İşləri Bürosu ilə Şərqi Asiya və Sakit okean Bölgəsi İşləri Bürosunun elektron poçtlarını ələ keçirib.

    Hakerlərin gizli məlumatları əldə edib-etmədiyinin hələlik bəlli olmadığını qeyd edən “Politico” bu hücumun keçənilki “SolarWinds” hücumunun bir parçası olub-olmadığının da hələlik bilinmədiyini yazıb.

    “SolarWinds” hücumunda hakerlər Texas mərkəzli informasiya şirkəti “SolarWinds”in inkişaf etdirdiyi şəbəkə idarəetmə proqramına müdaxilə edərək, aralarında hökumət qurumlarının da yer aldığı bəzi vacib qurumların sistemlərinə daxil olmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR