Niderland hökuməti "AstraZeneca" şirkətinin istehsal etdiyi "Vaxzevria" peyvəndi ilə 60 yaşadək insanların vaksinasiyasını qadağan edib.
Bunu jurnalistlərə açıqlamasında ölkənin baş nazirinin müavini, səhiyyə, rifah və idman naziri vəziflərəini icra edən Huqo de Yonqe deyib.
H. de Yonqe bildirib: "Sağlamlıq üçün mümkün risklərin qarşısını almaq üçün 60 yaşadək insanlar digər istehsalçıların peyvəndləri ilə vaksinasiya olunacaqlar".
Qeyd edək ki, ilk dəfə "Vaxzevria" peyvəndinin Niderlandda istifadəsinə məhdudiyyət aprelin 2-də tətbiq edilmişdi, lakin müvəqqəti xarakter daşıyırdı. Trend
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.