Rusiyanın Krasnodar diyarında “Mi-2” helikopterinin pilotu sərt eniş edib, həlak olub.
Azadmedia.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
“Helikopterin sərt enişi nəticəsində Krasnodar-Novorossiysk avtomobil yolunun 52-ci kilometrliyində pilot, 1960-cı il təvəllüdlü kişi həlak olub”, - məlumatda deyilir.
FHN-də əlavə ediblər ki, helikopter tarlaların suvarılması zamanı İlski qəsəbəsi ərazisində sərt eniş edib.
Hadisə yerinə müstəntiqlər və kriminalistlər yollanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.