Dünya ölkələrində koronavirusa qarşı təxminən 780 milyon doza peyvənd vurulub.
TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bəyan edib.
Onun sözlərinə görə, vurulmuş vaksinlərin 87%-i yüksək gəlirli ölkələrin payına düşür. Aşağı gəlirli ölkələrin vaksinasiyadakı payı isə cəmi 0,2%-dir.
ÜST nümayəndəsi bu rəqəmlərə istinadən dünya ölkələri arasında peyvəndləmə sahəsində ciddi bərabərsizliyin olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.