AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Monteneqro turistlərə qapılarını açır

  • + A
  • - A
  • 15-05-2021, 14:00

    Monteneqro turistlərə qapılarını açır

    Monteneqro gələn həftədən etibarən xarici turistlərə sərhədləri açmağı planlaşdırır.

    Bu barədə ölkənin baş naziri Zdravko Krivokapiç Yunanıstana səfərinin sonunda açıqlama verib.

    "Bu gün Yunanıstanda əhəmiyyətli bir gündür - bu gündən etibarən ölkə bütün turistlər üçün açılıb. Protokollarımız oxşardır, yanaşmalar təqribən bənzəyir və Monteneqro gələn həftə ən vacib sözlərlə turistlər üçün bütün sərhədləri açacaq: "Çernoqoriya sahillərinə xoş gəldiniz!"",-deyə Krivokapiç hökumətin mətbuat xidməti tərəfindən yayımlanan videomüraciətdə bildirib.

    Qeyd edək ki, Monteneqro Avropada epidemioloji vəziyyətin ən pis olduğu ölkələrdən biri olaraq qalmaqdadır. Ümumilikdə 600.000 əhalisi olan ölkədə koronavirusdan 1 556 nəfər həlak olub. Mart ayının əvvəlində Monteneqro hökuməti koronavirusun yayılması fonunda səhiyyə sistemindəki ağır vəziyyətlə əlaqədar olaraq NATO və Avropa Birliyinə yardım üçün müraciət edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR