Myanmada fevral çevrilişinin ardınca baş verən zorakılıq aktları və hərbi reydlər nəticəsində 120 mindən çox sakin evini tərk etmək məcburiyyətində qalıb, 75-dən çox sakin isə itkin düşüb.
AzadMedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məruzəsində deyilir.
UNHCR-də bildiriblər ki, ölkənin cənub-şərqində ordu ilə xunta əleyhdarları arasında baş vermiş toqquşmalar nəticəsində 85 900-ə yaxın insan məcburi köçkün olub, daha 12 min nəfər Şimali Şan vilayətində, 20 min nəfər isə Kaçin və Çin əyalətlərində evlərini tərk ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.