Şimali Koreya liderindən ŞOK YENİ İL TƏBRİKİ
Şimali Koreya lideri Kim Jong-un Yeni il münasibətilə ölkə əhalisini özünəməxsus formada təbrik edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kim Jong-un Yeni il münasibətilə ölkə əhalisini televiziyadan təbrik müraciətində qitələrarası ballistik raket silahını sınaqdan keçirəcəyini bildirib: “Qitələrarası ballistik raket silahının sınaqdan keçiriləcəyi günə çox az vaxt qaldı. Hazırda bu istiqamətdə apardığımız işlər müsbət nəticə ilə yekunlaşmaq üzrədir. Biz ən müasir texnologiyalara və silahlara malikik. Yaxında bunu bütün dünya görəcək”.
Xatırladaq ki, ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Anna Richey-Allen Şimali Koreya liderini beynəlxalq hüququn tələblərini təhdid edən əməllərindən vaz keçməyə çağırıb.