Hicab, saqqal və dar şalvara qadağa qoyuldu
Tacikistan Təhsil Nazirliyi məktəbli qızlara hicab geyinməyi, oğlanlara isə saqqal saxlamağı qadağan edib.
Nazirliyin qərarında qızların hicab, dar şalvar, qısa geyimlər geyinməsi, parlaq makiyaj etməsi qadağan edilib.
Bundan başqa, oğlanlara saqqal saxlamaq, saç uzatmaq, sırğa taxmaq və cins şalvar geymək qadağan edilib.
Həmçinin qərara əsasən, məktəblilər döymə vura, üzərində reklam yazıları olan geyimlər geyə bilməzlər. (Trend)