Fransada terror həyəcanı
Fransanın İspaniya ilə sərhəddə yaxın ərazisi olan Nimesdə terror ehtimalına görə qatar stansiyası boşaldılıb.
Nimes sürətli qatar stansiyasının ətrafında silahlı qarşıdurma yaşanıb.
Parisdən Nimesə gedən qatarda 3 şübhəlinin olması xəbərindən sonra qatar və stansiya boşaldılıb, səfərlər təxirə salınıb.
Fransa mətbuatı 1 nəfərin həbs edildiyi barədə məlumat yayıb.
Bölgə rəsmiləri vətəndaşları stansiya ətrafından uzaq durmağa çağırıb.