AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın məşhur dindarından şok açıqlama: "Namaz qılmayanlar öldürülə bilər" - VİDEO

  • + A
  • - A
  • 5-08-2017, 11:19

    Azərbaycanın məşhur dindarından şok açıqlama: "Namaz qılmayanlar öldürülə bilər" - VİDEO















    Əbubəkir Sifil bunu təsdiq edib:

    “İmam Əhməd Hənbəlidən bu mövzuda bir-birinə müxalif iki fikir var. Birincisi onlar namaz qılmamanın cəzası olaraq öldürülür. İmam Şəfi də bu cür deyir. Bu mürtəd demək deyil, bu namaz qılmamanın cəzasıdır. Digər fikrində isə namaz qılmayan insanı mürtəd adlandırır”.

    Gərgin müzakirə Əbubəkir Sifilinin bu fikirlərindən sonra başlayıb. Əbubəkir Sifili deyib ki, İslamda hər şeyin bir hökmü, bir qarşılığı və cəzası var, Taslaman isə bunun Quranda, hədislərdə yazılmadığını bildirib.

    Məsələyə Türkiyədəki din xadimləri və professorların fikri aydındır. Bəs görəsən Azərbaycanda namaz qılmayanların öldürülməsinə münasibət necədir?

    Sələfilərin lideri Qamət Süleymanov A24. Az-a açıqlamasında deyib ki, bu islami cəhətdən normal haldır.

    ” Şəriətdə belədir ki, qanunları pozan cəzalandırılmalıdır. Namaz qılmamaq Allah qarşısında bir cinayətdir. Bu, Quranda yoxdur, amma Quranda deyib ki, peyğəmbər sənin üçün nə deyib, nədən çəkindiribsə, ondan çəkinməlisən. Quranda hər şey var lakin təfsilatı peyğəmbərimizə həvalə edilib”.

    Qamət Süleymanov əlavə edib ki, bu cəza məhkəmə yolu ilə müəyyən edilir və hakim tərəfindən verilir.

    “Peyğəmbərimiz (s.ə.s) deyib ki, iman ilə küfr arasındakı fərq namaz qılıb -qılmamaqdadır. Kim namazı tərk etsə, kafir olur. Alimlər bu fikrə istinad edirlər. Əgər bir insan Allahın gündəlik 5 dəfə namaz əmrini qəbul etmirsə, onda hakim ona ölüm cəzası verə bilər. Lakin 14 əsrdə indiyədək heç kəsi öldürməyiblər. Bu sadəcə insanları qorxutmaq xarakteri daşıyır. Elə insanlar var ki, yaxşılıqla başa düşmür. Onları qorxutmaq lazımdır”.

    İlahiyyatçı Elşad Miri isə deyib ki, iddia edilir ki, bu heç bir zaman tətbiq edilməyib.

    “Yalan sözdür. O qədər tətbiq edildiyi olub ki. Götürək İŞİD –in özünü. Bəzi hökmlər çıxarır, o hökmlər hardan çıxır? Həmin məzhəblərdən. Bunun qorxutmaq adı ilə ortaya çıxdığını iddia etmək gülüncdür. Digər tərəfdən bu gün hər hansı ilahiyyatçı, din adamı , din xadimi kiminsə öldürülə biləcəyini iddia edirsə, o adamın özü təhlükədir. Bu cür tədris edilir, çünki. İnkar edən məzhəbdən çıxmış, məzhəbsiz hesab edilir. Təsdiq edənlərin də əlinə fürsət düşsə bunu tətbiq edib- etməyəcəkləri bəlli deyil”.

    İlahiyyatçının sözlərinə görə, Quranın Bəqərə surəsində deyilib ki, dində məcburiyyət yoxdur. Bu, Qurana zidd anlayışdır.

    “Bu məsələdə hökümü verən Allahdır. Qurani – Kərimdə bununla bağlı heç bir hökm yoxdur. Namaz qılmayıb, oruc tutmayana Qurani – Kərimdə heç bir ölüm hökmü yoxdur. Peyğəmbərin özünün yaşadığı dövrdə də belə bir şey tətbiq edilməyib. Sonradan ortaya çıxan məzhəblər, özlərindən bəzi hökmlər çıxararaq, uydurma hədislərə istinad edərək qərar veriblər”.
    video


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR