AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Taliban" 145 əfqan xüsusi təyinatlısını həbsdən azad ETDİ

  • + A
  • - A
  • 22-08-2021, 12:40


    "Taliban" Əfqanıstanın Herat əyalətində saxlanılan xüsusi təyinatlılarının 145 əsgərini azad edib.

    Azadmedia.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

    “Taliban” sözçüsünün telekanala verdiyi məlumata görə, hərəkat "Herat əyalətində 145 Əfqanıstan xüsusi təyinatlısını azad edib".

    Əfqanıstanın yerli telekanalı "Tolo News" isə cümə günü bildirib ki, keçmiş Əfqanıstan hökumətinin bəzi yüksək vəzifəli məmurlarının itkin düşüb.

    Qeyd edilir ki, Əfqanıstanın Laqman əyalətinin valisi Əbdül Vəli Vahidzai və bölgənin polis idarəsinin rəisi Lotfullah Kamran taliblərin hücumu zamanı onlara təslim olublar. Qəzni əyalətindəki polis idarəsinin rəisi Məhəmməd Haşim Qalji "Taliban" bölgənin inzibati mərkəzinə daxil olduqdan sonra yoxa çıxıb.

    Xatırladaq ki, həftənin əvvəlində "Taliban" onlara qarşı çıxan hər kəsi əfv etdiyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR