Terrorçuya bənzəyən şəxsi vəhşicəsinə döydülər - VİDEO
Polis bölməsinə aparılan həmin şəxsin terrorçu olmadığı müəyyən edilib
Türkiyədəki dəhşətli terrordan sonra terror aktını törədən şəxs axtarılır. Bizimyol.info xəbər verir ki, terrorçunun şəkilləri ölkənin hər yerinə yayılıb.
Buna baxmayaraq onu tutmaq hələ ki, mümkün olmayıb.
Pendik adlanan yerdə isə trajikomik hadisə baş verib. Terrorçuya bənzədilən xarici vətəndaşlardan biri məhəllə sakinləri tərəfindən döyülüb. Polis bölməsinə aparılan həmin şəxsin terrorçu olmadığı müəyyən edilib.
Müxtəlif xəsarətlər alan həmin şəxs sərbəst buraxılıb.