Naməlum şəxs Ukrayna Təhlükləsizlik Xidmətinə zəng edərək Prezident Vladimir Zelenskiyə sui-qəsd olunacağı və Ali Radaya mümkün hücum barədə məlumat verib.
Bu barədə Ukrayna Milli Polisindəki mənbə “Vesti”yə açıqlamasında deyib.
Məlumata görə, özünü Vladimir Aleksandroviç Georgiyev kimi təqdim edən şəxs telefon zəngi zamanı deyib ki, sui-qəsdə hazırlıq barədə eşidib. Həmin nömrəyə edilən təkrar zəng zamanı dəstəyi Kiyev-Peçersk monastrının əməkdaşı götürüb. Onun sözlərinə görə, bir nəfər ondan zəng etmək üçün xahiş edib.
Ehtimal olunur ki, zəng edən şəxsin psixi problemləri olub.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.