Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları etiraz aksiyalarına başlayıblar.
AzadMedia.az xəbər verir ki, aksiya siyasətçinin həbsdə olduğu Rustavi həbsxanasının qarşısında keçirilir.
Müxalifət partiyalarının nümayəndələri və onların tərəfdarları Saakaşvilinin mülki klinikaya yerləşdirilməsini tələb edirlər. Hakimiyyət isə bəyan edib ki, ehtiyac olduğu halda, Saakaşvilini yalnız həbsxana xəstəxanasına köçürməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.