AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin vəziyyəti ümidsizdir

  • + A
  • - A
  • 9-10-2021, 02:22

    Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin şəxsi həkimi Nikolo Kipşidze pasiyentinin anemiyadan (qan azlığı-red) əziyyət çəkdiyini və səhhətinin yaxın günlərdə pisləşə biləcəyini söyləyib.
    Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin vəziyyəti ümidsizdir
    Azadmedia.az xəbər verir ki, Nikolo Kipşidze bu barədə jurnalistlərə açıqlamasında bildirib.

    Kipşidzenin sözlərinə görə, Saakaşvili güclüdür və özünü yaxşı hiss edir. "Batumidə baş verən hadisə (evin çökməsi ilə - red.) ilə əlaqədar çox əsəbi olub. Aclıq aksiyasını davam etdirir və mənə bunu dayandırmayacağını söylədi", - həkim deyib.

    O, qeyd edib ki, Saakaşvilinin saxlanıldığı həbsxananın baş həkimi ilə görüşüb. Kipşidzenin sözlərinə görə, siyasətçinin aparılması zəruri olan müayinələri artıq edilib.

    "Cavablar ürəkaçan deyil. Hələ dərmana ehtiyacı yoxdur, amma gələn həftə ehtiyacı olacaq. Analizlər iki-üç gün ərzində pisləşəcək və fərqli müalicə tələb edəcək. O, heç vaxt aclıq aksiyası keçirməyib, su içir. Qida qəbul etmir, meyvə şirəsi içir. Artıq nəsə alacaq pulu yoxdur. Səhhəti pisləşəcək. Bir neçə gün sonra təhlükə ilə üzləşəcək, çünki anemiyası var", - Kipşidze əlavə edib.

    Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, o, hazırda Rustavi şəhərindəki həbsxanadadır. Daha əvvəl Saakaşvilinin vəkilləri onun aclıq aksiyasının səkkizinci günündə 12 kiloqram arıqladığını xəbər veriblər. Gürcüstanın Penitensiar Xidmətinin rəisi Nika Sxvariaşvili jurnalistlərə bildirib ki, siyasətçi həbsxanada bal və təbii şirələr almağa başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR