AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belarus Ukraynaya etiraz notası təqdim etdi

  • + A
  • - A
  • 5-12-2021, 19:40

    Belarus Ukraynaya etiraz notası təqdim etdi

    Belarusun Müdafiə Nazirliyi dövlət sərhədinin pozulması ilə bağlı Ukraynanın hərbi attaşesinə etiraz notası təqdim edib.

    Bu barədə Belarus Müdafiə Nazirliyi öz Telegram kanalında məlumat verib.

    Məlumatda bildirilir ki, 2021-ci il dekabrın 5-də Ukraynanın Belarus Respublikasındakı səfirliyindəki hərbi attaşe Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə çağırılıb:

    “Ukrayna tərəfindən Belarus Respublikasının dövlət sərhədinin hava məkanının pozulması hallarının artması ilə əlaqədar attaşeyə etiraz notası təqdim edilib”.

    Bildirilir ki, buna səbəb 4 dekabr 2021-ci il tarixində Ukraynaya məxsus Mi-8 tipli helikopter tərəfindən Belarus Respublikasının dövlət sərhədinin hava məkanını pozulması olub. Belarus tərəfi hərbi attaşeyə məlumat verib ki, Ukrayna tərəfi həm beynəlxalq hərbi əməkdaşlıq, həm də silahlara nəzarət baxımından mübahisəli məsələlərin həlli üçün dialoqdan yayınır ki, bu da çox narahatedicidir.

    Fakt olaraq isə, Belarus dövlət sərhədi yaxınlığında keçirilən bir sıra hərbi təlimləri göstəriblər.

    Belarus Müdafiə Nazirliyi bildirib ki, bu faktların məcmusu ölkənin cənub istiqamətində təhlükəsizliyə təhdid ehtimalının olmasını göstərir.

    Qeyd edək ki, dekabrın 4-də Belarus-Ukrayna sərhədində, Mozır sərhəd dəstəsinin “Novaya Rudnya” keçid məntəqəsi yaxınlığında Ukraynaya məxsus Mi-8 hərbi helikopteri təxminən 100 metr hündürlükdə dövlət sərhədini keçərək 1 km Belarus ərazisinə daxil olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR