Polis oteli basdı - heyvanların fahişə kimi istifadə edildiyi yeri ifşa etdi - Qiymətlər 150 avro - VİDEO
Britaniyadan Serbiyaya gedən zoofillərin sayının artmaqdadır.
Milli.Az Britaniya mediasına istinadla bildirir ki, iddialara görə, bir sıra Avropa ölkələrindən turistlər Belqrada heyvanlarla cinsi əlaqədə olmaq üçün gedirlər.
Heyvanları qoruma dərnəyindən verilən məlumata görə, Belqradda "heyvan fahişəxanası" fəaliyyət göstərir ki, burada keçi, qoyun, eşşək, pişik, it, qaz və inəklər zoofillərə satılır.
Heyvanlarla cinsi əlaqə xidməti onlayn olaraq təklif edilir və heyvanların qiyməti 70-150 avro arasında dəyişir.
Məsələ ilə bağlı aparılan araşdırma RTL kanalında yayımlanıb. Onların təqdim etdiyi kadrlarda ayaqlarına corab və dikdaban ayaqqabı geyindirilən itin yerdə uzanması əks olunub.
Dərnəyin rəhbəri klubun bağlanılmasını tələb edib. O, heyvanlara qarşı vəhşiliyi şiddətli şəkildə qınayıb.
Milli.Az Serbiyada fəaliyyət göstərən "zoo brothel"dən fotoları təqdim edir: