AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda eşşək məhsulu satılır - Qiymətinə təəccüblənəcəksiz

  • + A
  • - A
  • 21-04-2017, 10:10

    Azərbaycanda eşşək məhsulu satılır - Qiymətinə təəccüblənəcəksiz
















    Bir çox ölkələrdə, o cümlədən Türkiyədə eşşək südü inək və ya keçi südündən dəfələrlə baha qiymətə, litri təqribən 50-60 manata satılır

    Bir çox mütəxəssislər də təsdiqləyir ki, eşşək südündən hazırlanan ağartı min bir dərdin dərmanıdır.

    Fermerlərin sözlərinə görə, eşşək südünün qiymətinin son illər qalxmasına səbəb tələbin çox olmasıdır. Onlar artıq öz fermalarını genişləndirmək üçün yeni heyvanlar alırlar. Deyilənə görə, eşşək südü sağalmaz xəstəlik hesab edilən xərçəngdən qorunmaq üçün ən gözəl vasitədir. Maraqlıdır, Azərbaycanda eşşək südünün qiyməti neçədir? Ümumiyyətlə, bizdə bu işlə məşğul olan fermalar varmı?

    Moderator/az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli bildirib ki, Azərbaycanda belə fermalar yoxdur: "Azərbaycanda belə ferma yoxdur. Amma ayrı-ayrı şəxslər bu heyvanı saxlayır. Südün qiyməti ilə bağlı dəqiq informasiyam yoxdur, amma eşşək südündən hazırlanan pendirin bir kilosu 58 manatdır". (Cebhe.info)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR