Kanada Rusiya-Ukrayna sərhədində münaqişə olacağından qorxduğu üçün Ukraynaya xüsusi təyinatlılar dəstəsi göndərib.
Azadmedia.az xarici KİV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi qərar verib.
Kanada xüsusi təyinatlıları iki dövlətin sərhədində vəziyyətin gərginləşəcəyi halda kanadalı diplomatların təxliyəsi planını hazırlayacaq.
Qeyd edək ki, məlumat hələ ki, ölkə rəhbərliyi tərəfindən təsdiqlənməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.