Tramp müğənninin əvəzinə vəkili təbrik etdi — “Twitter”də qalmaqal FOTO, VİDEO
ABŞ prezidenti Donald Tramp yenə də gülünc vəziyyətə düşüb.
“Ölkə.Az” xəbər verir ki, Tramp bu dəfə “Twitter” hesabında yazdığı təbrikə görə pis vəziyyətə düşüb. Amerika rəhbərinin təbriki səhv ünvana yazması minlərlə sosial şəbəkə izləyicisi tərəfindən lağa qoyulub.
Tramp Amerikanın məşhur müğənnisinin 75 illik yubileyini təbrik etmək istəyib. O, sosial şəbəkədə “Lee Greenwood” ünvanına yazmaqdan, amerikanın tanınmış vəkilinin hesabına təbrik yazıb.
“Ad gününü təbrik edirəm, gözəl sənətkar. Sən və sənin musiqilərin mənim üçün çox əzizdir”. – bu sözləri Tramp vəkilin ünvanına yazıb.
Amerika rəhbərinin bu səhvi minlərlə izləyici tərəfindən gülüş obyektinə çevrilib. Onun bu yazısına çox sayda izləyici şərh yazıb. Bir çoxu Trampın təbrik yazarkən sərxoş olduğunu deyib. Hətta ABŞ liderini təhqir edənlər də tapılıb.
Tramp səhvini başa düşüb və onu düzəldib. Lakin bu artıq çox gec olub.
Qeyd edək ki, Amerikanın tanınmış müğənnisi Li Qrinvud “Allahım Amerikanı qoru” mahnısı ilə məşhurlaşıb