AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəsmi Seul Pxenyanı təxribatlardan əl çəkməyə və dialoqa çağırıb

  • + A
  • - A
  • 26-03-2022, 13:27

    Rəsmi Seul Pxenyanı təxribatlardan əl çəkməyə və dialoqa çağırıb

    Cənubi Koreya Pxenyanı növbəti təxribatlardan çəkinməyə və konstruktiv dialoqa başlamağa çağırır.
    Xarici kiv-lər xəbər verir ki, bunu Cənubi Koreyanın BMT təhlükəsizlik Şurası yanında daimi nümayəndəsi Ço Hyun Şuranın iclası zamanı bildirib.

    O, Koreya yarımadasında nüvəsizləşdirmə və davamlı sülh maraqları naminə KXDR-i BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

    “Biz Pxenyanı Koreya Respublikası və ABŞ ilə substantiv dialoqa girməyə çağırırıq”, - Ço Hyun bəyanatında bildirib.

    Qeyd edək ki, martın 24-də Pxenyan 2022-ci ildə on ikinci dəfə olaraq qitələrarası ballistik raketin buraxılışını həyata keçirib. Yaponiyanın müdafiə naziri Nobuo Kişi bildirib ki, yeni raket əvvəlkilərlə müqayisədə tamamilə fərqli səviyyə nümayiş etdirib və hətta ABŞ-ın şərq sahillərinə çata bilmək potensialına malik olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR