AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Çernobıl hər an partlaya bilər" - İrina Vereçuk

  • + A
  • - A
  • 30-03-2022, 17:00

    "Çernobıl hər an partlaya bilər" - İrina Vereçuk


    "Çernobıl AES-də sursatların partlaması riski var və obyekti zəbt edən Rusiya qüvvələri dərhal geri çəkilməlidir".

    AzadMedia.az xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini İrina Vereçuk deyib. Onun sözlərinə görə partlayış xəbərdarlığı Ukrayna silahlı qüvvələri tərəfindən verilib.

    "Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qadağan zonası olan Çernobılın demilitarizasiyası üçün təcili tədbirlər görməsini və nüvə fəlakəti riskini yenidən minimuma endirmək üçün bölgəyə BMT-nin xüsusi missiyasına başlamasını tələb edirik", - Ukrayna rəsmisi deyib.

    Vereçuk həmçinin bildirib ki, Ukrayna dünən İstanbulda keçirilən danışıqlarda Rusiyadan hücumlardan ən çox zərər çəkən kənd və şəhərlərdə 97 humanitar dəhlizin açılmasına icazə verilməsini istəyib.

    Ukrayna işğalının əvvəlində Rusiya ordusunun Çernobıldakı zavodu ələ keçirməsi 1986-cı ildə nüvə fəlakətinin baş verdiyi stansiyada yeni sızmanın baş verə biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR