Danimarka Xarici İşlər Nazirliyi 15 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.
Bu barədə "Reuters" xəbər agentliyi məlumat dərc edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mövzu ilə əlaqəli şərhində qeyd edib ki, "bu ölkənin xarici qurumlarının əməkdaşlarına qarşı müvafiq tədbirlər görüləcək".
Qeyd edək ki, bir gün əvvəl Almaniya və Fransa da oxşar addımlar atıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.