“ABŞ daha 55 rusiyalı diplomatı, səfirlik və konsulluqların inzibati, texniki işçilərini ölkədən çıxarmaq istəyir”.
AzadMedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Bildirilib ki, Vaşinqtonun irəli sürdüyü tələbləri nəzərə alsaq, Rusiyanın daha 55 diplomatı, inzibati və texniki işçisi yaxın aylarda ABŞ-ı tərk etməlidir – bu, mahiyyətcə qovulmaq deməkdir, diplomatik “cəbhədə” vəziyyət daha da pisləşəcək.
Zaxarovanın sözlərinə görə, hazırda Rusiyada ABŞ-ın 130-a yaxın diplomatik nümayəndəsi var. Rusiyanın Vaşinqtondakı nümayəndəliyində, Nyu-York və Hyustondakı iki konsulluğunda isə 200-dən az nümayəndəsi çalışır.
RİA Novosti-nin məlumatına görə, son illərdə ABŞ-da rus diplomatlarının iş şəraiti durmadan pisləşib.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib i, Moskva on minlərlə rusiyalının yaşadığı ABŞ-ın qərb hissəsindəki konsulluq fəaliyyətindən tamamilə məhrum edilib.
Bundan əlavə, mütəmadi olaraq rus diplomatların ölkədən çıxarılması halları baş verir və Vaşinqton, həmçinin, viza prosedurlarını kəskin şəkildə sərtləşdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.