NATO məkanında təhlükəsizliyi gücləndirmək əsas hədəflərimizdəndir. ABŞ Dövlət Departamentinin F-16 qırıcılarının satışı ilə bağlı konqresə məktub yazmasını yüksək dəyərləndiririk. F-16 qırıcılarının satışının davam etməsi və modernləşdirilməsi mühüm məsələdir.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Gündəlikdə duran məsələlər, eləcə də qonşu ölkələrlə münasibətlər barədə geniş məlumat verən nazir diqqətə çatdırıb ki, ABŞ-Türkiyə xarici işlər nazirləri səviyyəsində müzakirələr aparmaq məqsədilə dövlət katibi Entoni Blinken onu mayın 15-də Vaşinqtona dəvət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.