AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Blinken Çavuşoğlu ilə Cənubi Qafqazı müzakirə ETDİ

  • + A
  • - A
  • 8-02-2022, 21:00

    Blinken Çavuşoğlu ilə Cənubi Qafqazı müzakirə ETDİ


    ABŞ Dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

    Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Tərəflər Rusiya-Ukrayna arasında olan gərginliyi müzakirə edib.

    Bundan başqa, Blinken və Çavuşoğlu Cənubi Qafqazda baş verən son hadisələri və Ermənistanla davam edən normallaşma prosesi barədə fikir mübadiləsi aparıblar. Türkiyəli nazir Blinkeni martın 11-13-də keçiriləcək Antalya Diplomatiya Forumuna dəvət edib.

    Telefon danışığı zamanı Blinken Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəfalar diləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR