“Azərbaycanla Ermənistan arasında qarşılıqlı inam yaradılması istiqamətində addımlar atılacaq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Birgə Sərhəd Komissiyasının yaradılması, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ilə bağlı razılıq əldə olunmalıdır. Qardaşım Ceyhun Bayramov bizə məlumat verib. İlham Əliyevlə də dövlət başçımız müzakirələri davam etdirir. Biz prosesləri dəstəkləyirik. Türkiyədə görüş keçirilməsinin nə ziyanı var? Üçüncü ölkəyə nə ehtiyac var? Daha cəsarətli davranmalıdırlar”, - o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.