Bu gün Ermənistanda İntizam Komitəsinin iclası keçirilib.
AzadMedia.az erməni KİV-ə istinadən xəbər verir ki, iclasda Baş Daxili Təhlükəsizlik İdarəsinin rəisləri, Baş Polis İdarəsinin rəis müavini, Hüquq şöbəsinin rəis əvəzi və Polis İntizam Komitəsinə daxil olan qeyri-hökumət təşkilatlarının üzvləri iştirak ediblər.
7 polis əməkdaşı barəsində aparılmış xidməti istintaqın materialları və rəyləri öyrənilib. Komissiya faktiki halları təhlil edərək, 7 əməkdaş barəsində “Polisdə xidmətdən xaricetmə” intizam tənbehinin tətbiq edilməsi üçün Baş Polis İdarəsinin rəisinə müraciət edilməsi barədə qərar qəbul edib.
Onların hansı səbəbdən işdən çıxarıldığı məlum deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.