AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək iki Bayraktar Akıncı PUA-sı artıq Bakıda - ÖZƏL

  • + A
  • - A
  • 21-05-2022, 22:57

    “TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək iki Bayraktar Akıncı PUA-sı artıq Bakıda - ÖZƏL

    “TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək iki Bayraktar Akıncı pilotsuz uçuş aparatı uzun uçuşdan sonra Azərbaycana gəlib.

    Mayın 21-i səhər saatlarında Çorludan havaya qalxan birinci Bayraktar Akıncı Türkiyə hava məkanını keçdikdən sonra uçuşunu Gürcüstan üzərində davam etdirib. Gürcüstandan keçərək Azərbaycan hava məkanına daxil olan Akıncı təxminən 5 saata Bakıya çatıb.

    Günorta saatlarında yola çıxan ikinci Akıncı da eyni marşrutu izləyib və təxminən 2000 kilometrlik uçuşu uğurla başa vurub.

    Uçuşlarını uğurla başa vuran Bayraktar Akıncı PUA-ları Heydər Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi səyahətini başa vurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR