Bayraktar AKINCI TİHA ilk böyük əməliyyatına qatıldı - SON DƏQİQƏ

Bayraktar AKINCI TİHA ilk böyük əməliyyatına qatıldı. Türkiyə Milli Müdafiə Nazirliyi Pəncə Kilidi Əməliyyatında iştirak edən AKINCI-nın görüntülərini paylaşıb.
Azadmedia.az xəbər verir ki, TRT Haber-ə açıqlama verən Müdafiə Sənayesi Araşdırmaçısı Anıl Şahin AKINCI-nın belə böyük bir əməliyyatda istifadəsini ordunun əməliyyat qabiliyyətinin uğuru kimi şərh edib. AKINCI-nın inventarda ən çox sursat daşıyan pilotsuz hava vasitəsi olduğunu vurğulayan Şahin, "İnventarda olan digər İHA və SİHA-lara nisbətən yüksək sürətə malik olan AKINCI təxminən 1,5 ton sursat tutumuna malikdir. Sərhəd əməliyyatlarında sürət anlayışı əhəmiyyətlidir. Hava dəstəyinin lazım olduğu bölgələrə bir anda transfer edə bilir" deyib
www.AzadMedia.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR