AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO-nun Vilnüsdə keçiriləcək sammitinin vaxtı məlum oldu

  • + A
  • - A
  • 9-11-2022, 18:20

    NATO-nun Vilnüsdə keçiriləcək sammitinin vaxtı məlum oldu


    NATO-nun 2023-cü ildə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitinin vaxtı açıqlanıb.

    Bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.

    "Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, NATO dövlət və hökumət başçılarının növbəti görüşü 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçiriləcək.

    Biz Soyuq Müharibədən bəri ən mürəkkəb və gözlənilməz təhlükəsizlik mühiti ilə üz-üzəyik. Vilnüsdəki görüş müttəfiq ölkələrin dövlət və hökumət başçıları üçün bizim çəkindirmə və müdafiə gücümüzü gücləndirmək və müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdən keçirmək, həmçinin Ukraynaya dəstəyimizi davam etdirmək üçün gələcək addımları razılaşdırmaq üçün bir fürsət olacaq. Strateji rəqabətin artdığı bir dövrdə NATO-da Avropa və Şimali Amerika arasında transatlantik əlaqə bir milyard vətəndaşımızın təhlükəsizliyi üçün vacibdir" Stoltenberq vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR