AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mirzoyanla Xovayev sərhədlərin delimitasiyasını müzakirə ediblər

  • + A
  • - A
  • 14-11-2022, 21:20

    Mirzoyanla Xovayev sərhədlərin delimitasiyasını müzakirə ediblər


    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev İrəvanda keçirilən görüşdə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesini müzakirə ediblər.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

    “Görüş zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı son hadisələr müzakirə olunub. Həmsöhbətlər oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sonuncu üçtərəfli görüşünə toxunublar. Ararat Mirzoyanla İqor Xovayev Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, həmçinin regionda nəqliyyat infrastrukturlarının açılması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR