AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verdi

  • + A
  • - A
  • 21-11-2022, 17:43

    Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verdi


    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.


    Azadmedia.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter hesabında paylaşım edilib.
    “Qardaş Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərində məktəb də daxil mülki əhalinin yaşadığı ərazilərə xain raket hücumu nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq!”, - deyə paylaşımda qeyd olunub.

    Xatırladaq ki, PKK/YPG terror qruplaşması Suriyanın şimalından Qarqamış şəhərinə 5 raket atıb. Hadisə nəticəsində 2 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR