AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kruiz gəmisindəki ukraynalı qaçqınlar rusdilli ekipajdan şikayət etdilər

  • + A
  • - A
  • 23-11-2022, 08:55

    Kruiz gəmisindəki ukraynalı qaçqınlar rusdilli ekipajdan şikayət etdilər

    Şotlandiyanın Edinburq şəhərində kruiz gəmisində yaşayan ukraynalı qaçqınlar dəhşətli həyat şəraitindən və “rusdilli ekipajdan” şikayətləniblər. Azadmedia.az xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail tabloidi yazıb.

    Nəşr aydınlaşdırıb ki, yaşayış yerinin olmaması səbəbindən yerli Lit limanında laynerin göyərtəsində 1500 qaçqın yerləşdirilib. Ukraynalılar daim müavinətlərin ödənilməsindəki çətinliklərdən, onlar üçün uyğun olmayan yaşayış şəraitindən və gəmi heyətinin danışdığı rus dilindən şikayətlənirlər.

    RT yazır ki, Ukraynadan gələn mühacirlərin xarici ölkədə onlara qarşı qeyri-adekvat rəftardan şikayətləndiyi bir vaxtda Britaniya hakimiyyəti onların qayğısından əl çəkməyə çalışır. Artıq bu qış bir çox ukraynalı qaçqın özlərini təkcə laynerin göyərtəsində deyil, sadəcə olaraq küçədə tapa bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR