AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin koronavirus məhdudiyyətlərini vaxtından əvvəl dayandıra bilər

  • + A
  • - A
  • 28-11-2022, 09:59

    Çin koronavirus məhdudiyyətlərini vaxtından əvvəl dayandıra bilər

    Çin koronavirus məhdudiyyətlərini vaxtından əvvəl dayandıra bilər. Çin bu addımı ölkədə koronavirus məhdudiyyətlərinin növbəti dəfə sərtləşdirilməsi fonunda başlayan etirazlara görə atacaq.
    Azadmedia.az xəbər verir ki, Goldman Sachs-ın iqtisadçısı Hui Shan, Çinin 2023-cü ilin ikinci rübünə qədər bütün məhdudiyyətləri aradan qaldıracağı ehtimalının 30% olacağını proqnozlaşdırır. Eyni zamanda, bank 60% əmindir ki, böyük ehtimalla ikinci rübdə tədbirlər ləğv ediləcək.
    Digər analitiklər, o cümlədən Commerzbank AG qeyd edirlər ki, məhdudiyyətlərdən narazılıq səbəbindən Çin hakimiyyətinə təzyiqlər artır.
    Bu arada, Hang Seng Bankının Çin üzrə baş məsul işçisi Deng Wang əmindir ki, məhdudiyyətlərin vaxtından əvvəl götürülməsi mümkün deyil. Əks halda, onun sözlərinə görə, COVID-19-a görə ölüm hallarının artması riski var.

    Xatırladaq ki, noyabr ayında Çində epidemioloji vəziyyət yenidən pisləşib, bəzi bölgələrdə yerli koronavirus epidemiyaları müşahidə edilir. Pandemiya ilə mübarizə aparmaq üçün səlahiyyətlilər ciddi yerli qapanmalar və məcburi PCR testi tətbiq edir. Bu səbəbdən ötən həftə ölkədə etiraz aksiyaları başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR