“Artemis I” missiyası çərçivəsində orbitə buraxılan "Orion" kosmik gəmisi Ayın orbitini tərk edərək dekabrın 11-də Yerə qayıdacaq.
Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsinin (NASA) yaydığı bəyanatda bildirilib.
NASA-nın məlumatına görə, “Orion” dekabrın 1-də Ay səthini tərk etmək üçün mühərrikini işə salıb. Dekabrın 5-də cihaz Yerin təbii peykinin səthindən 126,7 kilometr hündürlüyə qalxacaq və dekabrın 11-də San Dieqo şəhəri yaxınlığında Sakit okeana enəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.