Dekabrın 10-da altı ədəd K9 Thunder özüyeriyən artilleriya qurğusu Cənubi Koreyadan Estoniyaya aparılıb.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi texnikalar Paldiski cənub limanına daşınıb.
Bundan əvvəl Cənubi Koreya Estoniyaya 12 artilleriya qurğusu vermişdi.
"Dövlət müdafiəsinin inkişaf planına əsasən, Cənubi Koreyadan Estoniyaya 4 il ərzində ümumi dəyəri 81,5 milyon avro olan 24 artilleriya qurğusu gətiriləcək. Bu qiymətə təlimatçıların və xidmət personalının təlimi, xüsusi alətlər və ehtiyat hissələri də daxildir", - Estoniya ordusunun departament rəhbəri Karmo Saar bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.