Ukrayna ərazisinin təxminən 30%-nin minalardan təmizlənməsinə ehtiyac var. Bir çox rayonlar partlamamış hərbi sursatlar və minalarla doludur.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"İndiyədək polis işğaldan azad edilmiş 568 yaşayış məntəqəsində sabitləşdirmə tədbirləri həyata keçirib. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri tərəfindən 76 hektar ərazi tədqiq edilərək təmizlənib, 300 mindən çox PUA götürülüb. Ölkə ərazisinin 30 faizə yaxınının hələ də minalardan təmizləməyə ehtiyacı var", - nazirlikdən bildirilib.
Polis xatırladıb ki, işğaldan azad edilmiş ərazilərə hərbçilərdən sonra ilk olaraq polis və fövqəladə xidmətlər daxil olur. Onlar sabitləşdirmə tədbirləri həyata keçirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.