Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl-Səud İranın nüvə proqramı haqqında fikirlərini bildirib.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir fikirlərini Əbu-Dabi şəhərində keçirilən Dünya Siyasəti Konfransında açıqlayıb.
“İranın nüvə silahı işlək vəziyyətdə olarsa, hər şey bitər. Biz çox təhlükəli ərazidəyik. Region dövlətləri öz təhlükəsizliklərini necə təmin edə biləcəklərini mütləq şəkildə araşdırmalıdılar",- deyə nazir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.