Alman kəşfiyyat agenti Rusiya ilə əməkdaşlıqda ittiham olunur.
Almaniya hakimiyyəti ümid edir ki, onlar “rus casusluğuna ciddi zərbə” vura bildilər. Bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) agenti Karsten L.-nin Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən həbsini şərh edən Almaniyanın ədliyyə naziri Marko Buşman deyib. İkili agenti ömürlük həbs cəzası gözləyir. BND hesab edir ki, Ukrayna münaqişəsi fonunda “casuslar saatı” gəlib çatıb.
Azadmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın ədliyyə naziri Marko Buşman ölkənin Baş Prokurorluğunu “iddia edilən casus”un həbsi münasibətilə təbrik edib. “Şübhələr təsdiqlənərsə, o zaman biz Rusiya casusluğuna ciddi zərbə vura bilmişik. Bu, bizim nə qədər ayıq-sayıq olmağımız lazım olduğunu göstərir”, – o, tvitter hesabında yazıb.
Adi təcrübədən fərqli olaraq, ictimaiyyətə heç nə deyilməyib - nə saxlanılan şəxsin adı, nə yaşı, nə də hər iki tərəfin iş müddəti ilə bağlı.
Yalnız məlumdur ki, Karsten L. çərşənbə günü Federal Kriminal Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.