Türkiyədə Çanaqqala boğazı hər iki istiqamətdə tranzit gəmilərin keçidinə bağlanıb. Azadmedia.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb qatı duman olub. Yerli bərə xidməti davam edir.
Türkiyə kiv-ləri xəbər verir ki, duman səbəbindən 22 təyyarə Sabiha Gökçen Hava Limanından yeni İstanbul Hava Limanına yönləndirilib. Sabiha Gökçen hava limanında uçuş-enmə zolağı təyyarələr üçün bağlıdır.
Xatırladaq ki, Türkiyə aprelin ortalarında Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda Bosfor və Dardanel boğazlarını döyüş gəmiləri üçün tamamilə bağlamışdı. Oktyabrın 7-dən Türkiyə hakimiyyəti də boğazlardan keçidin qiymətini 5 dəfə artırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.