Türkiyə xüsusi xidmət orqanları İŞİD terror təşkilatının liderlərindən birini saxlayıb.
Bu barədə “Anadolu” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb
Bildirilib ki, əməliyyat ölkənin cənub-şərqindəki Qaziantep şəhərində keçirilib. Saxlanılan şəxs Suriyanın şimalındakı Rakka şəhərində “İŞİD təhlükəsizlik xidməti”nə rəhbərlik edib, o, özünü həm də “Nineviya qubernatoru” (İraqın şimalındakı rayon) adlandırıb. Saxlanılan şəxsin milliyyəti barədə məlumat verilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.