Ağ Evin aparat rəhbəri Ron Klein yaxın həftələrdə vəzifəsini tərk edə bilər.
Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Kleinin yaxın həftələrdə istefa verəcəyi gözlənilir ki, bu da Baydenin vəzifəyə başlamasından bəri administrasiyada ən əhəmiyyətli dəyişiklik olacaq.
Nəşrin mənbələri qeyd edir ki, ABŞ prezidenti Co Baydenin əhatəsində olanlar hələ Klein varisinin seçilib-seçilməməsindən danışmırlar. Eyni zamanda, onun istefası Baydenin fevralın 7-də xalqa müraciətindən sonra elan oluna bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.