Ukraynanın Luqansk vilayətinin işğal altında olan Novoaydar şəhərində Rusiya hərbçilərinin müalicə aldığı xəstəxanada partlayış olub.
AzadMedia.az Rusiya mətb uatına istinadən xəbər verir ki, bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergiy Qayday deyib. Bildirib ki, hadisə nəticəsində “müalicə alan onlarla” rusiyalı hərbçi ölüb.
Rusiya Müdafiə Nazirliyi Ukrayna hərbçilərini ittiham edərək onların HIMARS raketi ilə zərbə endirdiklərini iddia edib. Hadisə nəticəsində 14 nəfər ölüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.