AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran pilotsuz təyyarələrin hücumuna məruz qalıb, hərbi obyektdə partlayış olub

  • + A
  • - A
  • 29-01-2023, 03:59

    İran pilotsuz təyyarələrin hücumuna məruz qalıb, hərbi obyektdə partlayış olub

    İran Müdafiə Nazirliyi ölkəyə pilotsuz uçuş aparatları vasitəsilə hücum edildiyini bildirib. Bir qurğunun hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, digər ikisinin isə “müdafiə tələlərinə düşərək partladığı” iddia edilir.

    Azadmedia.az xəbər verir ki, hərbçilərin bəyanatı medianın İranın mərkəzindəki İsfahan şəhərində Müdafiə Nazirliyinin obyektlərindən birində baş verən partlayışın videosunu yaymasından sonra verilib. "Xoşbəxtlikdən, bu uğursuz hücum insan tələfatı ilə nəticələnmədi və emalatxananın damına cüzi ziyan vurdu", - Müdafiə Nazirliyinin bəyanatında deyilir. Hərbi hesabatda İranın hücuma kimin cavabdeh olduğuna inandığı dəqiqləşdirilməyib.

    İsfahan əyaləti qubernatorunun müavini Müdafiə Nazirliyinin mətbuata açıqlamasında partlayışın hərbi idarənin "mərkəzlərindən birində" baş verdiyini bildirib. Yerli hakimiyyət orqanları heç kimin xəsarət almadığını qeyd edib.

    Bundan əlavə, yanvarın 28-də də İranın şimal-qərbində - Şərqi Azərbaycan əyalətinin Azərşəhr şəhərində neft hasilatı zavodunda partlayış baş verib. Həmin bölgədə 5,9 bal gücündə zəlzələ baş verib. Üç nəfər ölüb, ən azı 447 nəfər yaralanıb.
    Kommersant ru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR