AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Gürcüstan Saakaşviliyə görə tam məsuliyyət daşıyır"

  • + A
  • - A
  • 2-02-2023, 17:40

    "Gürcüstan Saakaşviliyə görə tam məsuliyyət daşıyır"


    Avropa Parlamentinin bugünkü iclasının gündəliyinə Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı məsələ daxildir.

    Bu barədə "News-Georgia" məlumat yayıb.

    Bildirilir ki, buna səbəb keçmiş prezidentin ötən gün məhkəmə iclası zamanı onun nə qədər yorğun olduğunu göstərən videogörüntülərdir.

    Belə ki, iclasda Saakaşvili vəziyyətini göstərmək üçün köynəyini qaldıranda hakim efiri kəsib. Videonun bir neçə saniyə davam edən görüntüləri mediada geniş yayılıb.

    Avropa Parlamentinin üzvü Miriam Leksman bildirib ki, Avropa Xalq Partiyası bu məsələnin təcili müzakirəsinə tərəfdardır.

    “Saakaşvilinin xaricdə təcili tibbi yardım almasına icazə verilməlidir. Gürcüstan hökuməti onun davranışına görə tam məsuliyyət daşıyır”, - Leksman yazıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR