ABŞ-ın pilotsuz uçan aparat istehsalçısı "General Atomics Aeronautical Systems" (GA-ASI) tərəfindən edilən açıqlamada şirkətin işğal altındakı Ukraynaya 1 dollara iki Pilotsuz Uçuş Aparatı tədarük etməyə hazır olduğu bildirilib və Amerika rəhbərliyindən razılaşmanın təsdiqlənməsi istənilib.
Azadmedia.az CNN-ə istinadən xəbər verir ki, GA-ASI bəyan edib ki, o, Vaşinqtonu aylardır ki, Kiyevə “Boz Qartal” və “Reaper” pilotsuz uçan aparatlarla təmin etməyə sövq edir.
Amerika qüvvələri Əfqanıstan, Suriya, İraq və digər münaqişə zonalarında müşahidə və hədəfli hücumlar üçün onlardan səmərəli istifadə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.